GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) başqanı sayın Mahmudəli bəy Çehrəqanlı “Molla rejimi devrildikdən sonra Güney Azərbaycanın taleyi necə olacaq?” mövzusunda çıxış ediblər.
Sayın Əjdər bəy və Mahmudəli bəy çıxışında həmçinin Azərbaycan Türk Millətinin Güney Azərbaycanda öz müstəqilliyi uğrunda mübarizə aparması, kimsənin Azərbaycan Türk Millətini yolundan döndərə bilməyəcəyi, Azərbaycan Türk Millətinin hələlik Azərbaycan və Türkiyə dövlətlərindən lazımi dəstəyi görməmələri, Azərbaycan Türk Millətinin Güney Azərbaycanda öz yolunu artıq seçdiyi və irqçi farsların irticaçı fikirlərinə artıq kimsənin inanmadığı və s. məsələlərdən danışmışdır.
Sayın Əjdər bəy və Mahmudəli bəyin çıxışının videosuna buradan baxa bilərsiniz: