Sayın Mikayil bəy Oyta Azərbaycan əsgərlərinin Ermənistanda işgəncə edilməsi ilə bağlı Avstraliya xarici işlər naziri Penny Vonga müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Azərbaycan əsgərlərinin Ermənistanda işgəncə edilməsi ilə bağlı Avstralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edərək, bu dəhşətli davranış barədə məlumat vermişdi.

Sayın Mikayil bəy Avstraliyalı nazirə Ermənistanın iki azərbaycanlı əsgəri əsir götürüb vəhşicəsinə və qeyri-insani şəkildə onları işgəncə edib və filmini yayması barədə məktubla məlumat verib. Məktubun bir hissəsində yazılıb: Nəzərinizə çatdıraq ki, Ermənistanın kütləvi informasiya vasitələri tərəfindən dərc edilmiş foto və videolar beynəlxalq hüquqi sənədlərə zidd olaraq Azərbaycanın hərbçisinə qarşı işgəncə və digər qeyri-insani hərəkətlərin həyata keçirilməsi faktına əyani sübutdur. Belə ki, videodan azərbaycanlı hərbçinin əli bağlı olaraq döyülməsi və təhqir olunması görünür.

Sayın Mikayil bəyin məktubunun ingiliscə tam mətnini təqdim edirik:

Həmçinin yoxlayın

Molla rejimin Azərbaycana qarşı fitnəkarlığı; İraq Kürdüstanının valiləri Urmuda İranın Daxili İşlər naziri ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Azərbaycana qarşı fitnəkarlığı və düşmənçiliyi …

Azərbaycanlı milli fəalın müvəqəti həbs müddəti uzadılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən Araz Əmaninin ailəsi milli fəalın son durumunu …