
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan və Qadın Hüquqları Departamentinin sədri sayın Sara xanım Azərsun Avstraliyada Türkiyənin böyük elçiliyinin rəsmi dəvəti ilə iftar mərasiminə qatılıblar.
Tədbirdə çox sayda rəsmi şəxslər, dövlət nümayəndələri o cümlədən Türkiyənin s\firi sayın Üfuk Gəzər, Türkiyənin baş konsulu Ali Sevim, Avstraliya İşçi Partiyasının əski federal millət vəkili Lari Fergosun, Yeni Güney Uelz (NSW) İşçi Partiyasından Linda Voltz, Julia Finn, Quzey Qibris Türk Cümhuriyyətinin fəxri konsulu, Yeni Güney Uelz (NSW) əyalətindən Multikultural Departmentinin təmsilçisi sayın Ömer İncəkara ve Muarif Məktəblərin baş müdiri sayın Nəcmi Uzun və digər Türk təşkilatları qatılmışdılar.
Tədbirdən şəkilləri təqdim edirik:



