Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Türkiyənin Zəfər Bayramı tədbirinə qatıldılar-Şəkil

GADTB: bu gün 26 avqustda Avstraliyanın Sidney şəhərində 30 Avqust- Türkiyənin Zəfər Bayramı münasibətilə tədbir keçirildi.

Tədbirə Türkiyənin baş konsulu sayın Ali Sevim və digər türk diplomatlar, həmçinin Avstraliya Yeni Güney Uelz (NSW) əyalətinin Multikultural Departamenti naziri, Türk Muarif Məktəbinin direktoru, Qüzey Kıbrıs Türk Cümhuriyyətinin fəxri konsulu və s. qonaqlar iştirak etmişlər.

Tədbirə rəsmi dəvətlə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti sayın Mikayil bəy Oyta və GADTB Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun da qatılmışlar.

Tədbirdə çıxışlarla yanaşı bədii hissədə uşaqların ifasında şeirlər səsləndi, musiqi və rəqs ifaları icra edildi.

Tədbirdən bir neçə şəkli təqdim edirik:

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …