Şənbə , Oktyabr 17 2026
azfa

Sayın Mikayil bəy Oyta Avstraliyada aborigen əhali ilə əlaqədar nizamnaməyə dəyişikliklə bağlı kampaniyaya dəstək verib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Avstraliyada aborigen əhali ilə əlaqədar nizamnaməyə dəyişikliklə bağlı kampaniyaya dəstək verib.

Əldə etdiyimiz məlumata görə, Avstraliya energetika və ətraf mühit naziri sayın Kris Bowen və federal, eləcə də Yeni Güney Uels (NSW) əyalətindən bir neçə millət vəkilləri yerli əhali (First Nation) adından bu əyalətin nizamnaməsində değişiklik kampanyasına başladıblar.

Sayın Mikayil bəy Oytanın da qatıldığı həmin Kampaniyada çoxlu millətlər iştirak etmişdilər. Mikayil bəy eyni zamanda keçirilən bu kampaniyanı himayə edib.

Qeyd edək ki, Avstraliyada aburigen əhali birinci millət kimi bu ölkədə ən çoxlu imtiyazlara sahib olmalıdılar. Lakin bu əksinədir və mühacirlər yaxşı şəraitdə yaşasalar da, aborigenlər Avstraliyada dəfələrlə soyqırıma məruz qalıblar və bu gün də aşağı şəraitdə yaşayırlar.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …