Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Brüsseldə üçtərəfli görüşdə Bərdə-Ağdam marşrutu müzakirə edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə keçirdiyi üçtərəfli görüş başa çatıb.

“Caliber”in yaydığı məlumata görə, Brüssel görüşündə müzakirə edilən əsas məqamlar barədə bir sıra məlumatlar əldə edilib.

Məlumata görə, Brüsseldə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eləcə də sülh müqaviləsinin hazırlanması və bağlanması üzrə danışıqlar prosesi, həmçinin sərhədin delimitasiyası, nəqliyyat kommunikasiyalarının və dəhlizlərinin blokdan çıxarılması məsələləri, xüsusilə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi müzakirə edilib.

Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması, Azərbaycan tərəfinin “Laçın” nəzarət-buraxılış məntəqəsində qaçaqmalçılıq cəhdləri müəyyən etməsi, Qarabağın erməni əhalisinin Azərbaycan Respublikasının suverenliyi altında və qanunları əsasında yaşaması məsələləri müzakirə edilən əsas mövzular olub.

Eyni zamanda, Qarabağda etnik erməni əhalinin sıx məskunlaşdığı ərazilərə humanitar yüklərin daşınması marşrutunun dəyişdirilməsi, Laçın yolunun Bərdə-Ağdam marşrutu ilə əvəz edilməsi ilə bağlı müzakirə aparılıb.

Görüşdə həmçinin Qərbi Azərbaycan İcmasının problemləri, bölgənin avtoxton əhalisi olan Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması məsələləri gündəmdə olub.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …