GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta İstanbul-Sidney və əksinə hava xəttinin qarşılama və açılış mərasiminə dəvətlə qatılıb.
Dünəndən etibarən Türk Hava Yollarının ilk reysi Sidenyə enib. Aviaşirkət həftədə dörd reyslə minlərlə sərnişini Sidneydən İstanbula və əksinə daşıyacaq.
Açılış mərasiminə Avstraliya dövlət tərəfindən və Türk Hava Yolları tərəfindən rəsmi dəvətlə çox sayda qonaq və rəsmilər qatılmışlar. Türkiyənin böyük elçisi ve Sidneydə Türkiyənin baş konsulu iştirak etmişdiler. Həmçinin mərasimdə yerli aburigen təmsilçi, NSW əyaləti dövlət təmsilçisi və Sidney Beynəxalq Hava Limanının müdiri və Türkiyədən bu uçaqla gələn bütün ekip açılışda iştirak etdiler. Mərasimin rəsmi açılışı Sidney hava limanında baş tutdu və sonra xüsusi seçilmiş qonaqlar bir hoteldə axşam yeməyi, müzik və eyləncədə iştirak ediblər.
Reysin açılışı Türkiyə, Azərbaycan, Qıbrıs, uyğur və s. türklərin böyük sevincinə səbəb olub.
Video: