Bazar ertəsi , Aprel 7 2025
azfa

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Quzey Qıbrıs Türk Cümhuriyyəti ilə bağlı tədbirə qatılıblar-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 5-də Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun rəsmi dəvətlə Quzey Qıbrıs Türk Cümhuriyyəti ilə bağlı tədbirə qatılıblar.

Tədbir Quzey Qıbrıs Türk Cümhuriyyətindən gələn tanınmış sənətçi, artist, musiqiçi və geyim modelçisi sayın Abdulla Öz Toprakın teatr icrasından ibarət idi.

Sayın Abdulla Öz Toprak teatr səhnəsində Quzey Qıbrıs Türk Cümhuriyyətində 1974-də yunanların törətdiyi cinayətləri və Türk milləti ilə bağlı gerçəklikləri nümayiş etdirmişdir. O öz ifası ilə uşaqlıq dövründə şahid olduğu acınacaqlı hadisələrin təsiri altında olduğunu göstərdi.

Teatr həqiqətlərini bir hissəsini nümayiş etdirməklə iştirakçıları ciddi şəkildə etkilədi.

Tədbirə Avstraliyanın keçmiş Mühacirət Naziri sayın Filip Rodak, Bələdiyyə başqanı, Yeni Güney Uelz əyalətinin Multikultural Nazirliyinin təmsilçisi, Tatar Asosiyası, Nsw Türk Asosiyası, Türkiyənin sidneydəki baş konsulu sayın Bəlgin xanım Ərgünəş ve Quzey Qıbrıs Türk Cümhuriyyəti NSW Fəxri konsulluğu təmsilçisi sayın İlkay Yusuf bey də iştirak etmişdilər.

Sonunda Tatarlar, Quzey Qıbrıs Türk Cümhuriyyəti, Türkiyə və Azərbaycan bayraqları ilə şəkillər çəkildi.

https://t.me/GADTB1/41448

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı Evin zindanına köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Salar Tahir …

Qaşqay türkləri Traxturun yarışlarının Şiraz televiziyasından canlı yayımlanmasını istəyir

GADTB: Güney Azərbaycan vilayətlərinin televiziya şəbəkələrində Traxtur oyunlarının yayımlanmasının ardınca Qaşqay türkləri də Şiraz əyalət …