Çərşənbə axşamı , Yanvar 14 2025
azfa

Sayın Mikayil bəy Oytadan İsrailə hücumla bağlı həmrəylik məktubu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Həmasın İsrailə hücumu və dinc sakinlərə qarşı törətdiyi vəhşiliklərlə bağlı İsrailin Avstraliyadakı səfirinə məktubla müraciət edərək, İsrailə həmrəyliyini bildirib.

Sayın Mikayil bəyin məktubunun bir hissəsində yazılıb: “Hörmətli səfir Maimon, Avstraliya Azərbaycanlıları Assosiasiyası adından bu çətin dövrlərdə İsrail Dövləti ilə sarsılmaz həmrəyliyimizi bildirmək üçün yazırıq. Son vaxtlar ölkənizə qarşı amansız və əsassız hücumdan dərin narahatlıq və kədər hissi keçiririk, nəticədə yaşayış məntəqələrinə ardıcıl raket zərbələri endirilib, günahsız dinc sakinlərə ziyan vurulub, girov götürülüb. Bizim şəhərlərimiz və ərazilərimiz terroru yaymaq istəyənlər tərəfindən qorxaqcasına bombardmanlara, raket hücumlarına və mina partlayışlarına məruz qaldıqda, biz də belə çətinliklərə tab gətirdiyimiz üçün bu cür terror aktlarının bir xalqa verə biləcəyi ağrı və qorxunu anlayırıq. Onilliklər boyu erməni terrorizmindən əziyyət çəkən Azərbaycan vəhşi zorakılıq aktlarının sarsıdıcı nəticələrinə yaxşı bələddir. İranın dəstəklədiyi Həmas terrorçularına qarşı mübarizənizdə İsrailin yanındayıq. Qətiyyətlə inanırıq ki, hər bir xalq öz ərazi bütövlüyünü təmin etmək, vətəndaşlarının təhlükəsizliyini və rifahını müdafiə etmək hüququna malikdir. İsrailin öz xalqını qorumaqda qətiyyətli olması təkcə təqdirəlayiq deyil, həm də hər bir suveren xalqın əsas vəzifəsidir. Bu çətin anlarda bilin ki, siz tək deyilsiniz. Kədərinizə şərikik, hər zaman olduğu kimi, sizin tərəfinizdəyik. Avstraliya Azərbaycanlıları Assosiasiyası ölkənizin sülh və təhlükəsizliyinə bu ciddi təhlükə ilə üzləşdiyiniz zaman İsrailə dəstəyimizi və həmrəyliyimizi təklif etməkdə dünya ictimaiyyətinə qoşulur…

Maykl Oyta

Dərin rəğbət və sarsılmaz dəstəklə, Avstraliya Azərbaycanlılar Assosiasiyasının prezidenti”

Sayın Mikayil bəyin məktubunun tam mətnini ingiliscə təqdim edirik:

Həmçinin yoxlayın

Molla rejimi Avropa ölkələri ilə qapalı danışıqlar aparır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Avropa ölkələri ilə qapalı danışıqlar …

Azərbaycan Qafqazın ən güclü ölkəsidir

GADTB: Dünya ölkələrinin hərbi gücünü əks etdirən “Global Firepower” reytinqi yenilənib. Reytinqdə hərbi hissələrin sayından …