Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin bəbs etdiyi azərbaycanlı fəal İbrahim Əvəzzadədən hələ də xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İbrahim Əvəzzadənin ailəsi aidiyyatı orqanlara müraciət etsə də, onun harada olması və həbsinin səbəbi barədə hələ də dəqiq məlumat verilmir.

Qeyd edək ki, azərbaycanlı fəal oktyabrın 1-i səhər saat 7 radələrində mülki geyimli hökumət qüvvələri tərəfindən bacısının evində həbs edilib.

Tehranda rejimin ETTELAAT qüvvələri səhər saatlarında fəalın bacısının evinə basqın edərək, azərbaycanlı fəala xəbərdarlıq etmədən zorakılıqla həbs edib və naməlum yerə aparıblar.

Hələlik azərbaycanlı fəalın vəziyyəti və harada saxlanması barədə məlumat verilmir.

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …