
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 5-də Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun Türkiyənin 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı tədbirinə qatılıblar.
Tədbir 27 apreldə keçirilib. Tədbirə Türkiyə, Azərbaycan, Bosniya, Şimali Kipr türkləri, tatarlar, yaponlar və sudanlı icmaların nümayəndələri qatıldılar. Bayramda dövlət rəsmiləri, təqaüddə olan ordu generalı Denis More, Sidneyin bələdiyyə başqanı, Türkiyənin baş konsulluğunun təmsilçiləri, Multikultural Nazirliyin nümayəndəsi, Avstraliya Azərbaycan Assosiasiyası və bir sıra təşkilatlar iştirak etdilər.
Tədbir çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli proqramlar, milli rəqslər və mədəniyyət nümunələri təqdim olundu. Fərqli xalqlara məxsus rəngarəng çıxışlar tədbirə xüsusi rəng qatdı. Bayramda səsləndirilən çıxışlar arasında Avstraliya Azərbaycan Assosiasiyasının rəhbəri Mikayıl bəy Oytanın ingilis dilində etdiyi çıxış da iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Mikayıl bəy Oyta çıxışında tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, 23 Aprel – Ulu Öndər Mustafa Kamal Atatürkün dünya uşaqlarına hədiyyə etdiyi Milli Suverenlik və Uşaq Bayramıdır. O bildirib ki, Atatürk uşaqları bir millətin gələcəyi hesab edib və onlara barış, demokratiya və müstəqillik kimi dəyərləri əmanət edib.
Mikayıl bəy Oyta çıxışında Atatürkün məşhur sözlərini tədbir iştirakçılarına xatırladıb:
“Kiçik xanımlar, kiçik bəylər! Sizlər gələcəyin birər gülü, ulduzu və işığısınız. Ən böyük güc qəlbinizdə və zehninizdədir.”
Mikayıl bəy Oyta vurğulayıb ki, bu sözlər bu gün də aktuallığını qoruyur və hər bir uşağın qəlbində daşıdığı sevgi, güc və ümid insanlığın gələcəyini formalaşdıracaq. O, uşaqların xoşbəxt gələcəyi uğrunda birgə çalışmanın insanlığın ümumi borcu olduğunu qeyd edib.
Sonda Mikayıl bəy Oyta Avstraliya Azərbaycan Assosiasiyası adından bütün uşaqları və tədbir iştirakçılarını 23 Aprel Bayramı münasibətilə təbrik edib, dünya uşaqlarına xoşbəxtlik, sülh və uğurlar arzulayıb.
Sidneydə keçirilən bu bayram tədbiri mədəni müxtəlifliyin, xalqlar arasında dostluğun və sülhün ən gözəl nümunələrindən birinə çevrildi.
Sayın Mikayil bəyin çıxışının mətni:
Good afternoon Distinguished Turkiye Consul General, Esteemed Guests, and Dear Children,
Today, we come together to celebrate April 23rd, National Sovereignty and Children’s Day, a gift from Mustafa Kemal Atatürk to the children of the world.
Atatürk believed that children are the future of a nation. He entrusted them with the values of peace, democracy, and independence, knowing that they will build a brighter tomorrow. His words remind us:
“Little ladies, little gentlemen! You are all a star, a ray of light, the future itself. The real power is in your hearts and minds.”
On this special day, let us remember our responsibility to raise children who are strong, free, and full of hope.
Behalf of Australian Azerbaijan…
https://www.youtube.com/shorts/ZviwckkMxUQ



