GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosasiyası Birliyinin prezidenti sayın Mikayıl Oyta Avstraliyanın Sidney şəhərində 19 May Mustafa Kamal Atatürkün Samsuna çıxışı və Türkiyənin Milli Azadlıq Hərəkatının başlanğıcının 100-cü ildönümü mərasimində iştirak edib.
Mərasimdə rəsmi dövlət xadimləri, o cümlədən Federal Dövlətin nümayəndəsi general Maykel İsmit, Türkiyənin böyük elçisi sayın Korhan Karakıç, Türkiyənin Baş konsulu sayın Melih Kararal və millət vəkili Lynda Voltz, həmçinin ordu başkan yardımçısı Kiris Perrin iştirak ediblər.
Tədbirə sayın Mikayıl Oyta Azərbaycan bayrağı ilə qatılıb. Mərasimdən şəkilləri təqdim edirik: