Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Sayın Mikayil Oytanın Azərbaycan Prezidenti cənab İlahm Əliyevin ad günü ilə bağlı təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiyasiyası (AAA) prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil Oyta Azərbaycan Prezidenti cənab İlahm Əliyevin ad günü və 60 illik yubleyi ilə bağlı təbrik mesajı ünvalayıb.

Təbrik mesajını təqdim edirik:

Hörmətli cənab Prezident müzəffər Ali Baş Komandan!

Sizin yürütdüyünüz uğurlu siyasət nəticəsində 30 ildən işğal altında  qalan Azərbaycan əraziləri azad edildi. Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu cinayətkar və işğalçı Ermənistanı 44 günlük Vətən müharibəsində məğlub edərək, müqəddəs torpaqlarımızı işğaldan azad edərək, Azərbaycanın ərazi bütövlüyü bərpa etdi. Sizin qətiyyətinizlə Azərbaycanın 30 ilə yaxın bir müddətdə icra olunmamış BMT qətnamələrini tək başına icra etdi. Sizin rəhbərliyinizlə qazanılan bu zəfər bütün 55 milyonluq dünya azerbaycanlılarını sevindirib. Biz Sizin qazandığınız bu zəfərlə fəxr edirik və inanırıq ki, Sizin hakimiyyətiniz altında millətimiz iqtisadi və siyasi cəhətdən daha çox uğurlar əldə edib, böyük inkişaf yolu keçəcək.

Avstraliya-Azərbaycan Assosiyasiyası (AAA) 24 dekabr- Sizin ad gününüzü səmimi-qəlbdən təbrik edib, Sizə cansağlığı, uzun ömür Azərbaycanımızı daha inkişaf etdirməkdə böyük uğurlar arzulayır.

Dərin hörmətlə 

Mikayil Oyta

Avstraliya-Azərbaycan Assosiyasiyası (AAA) prezidenti

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …