Çərşənbə , Aprel 24 2024
azfa

İran-Ermənistanla tranzit yolunun hazırlanması üçün ciddi-cəhdlə çalışmağa davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanın Azərbaycana yollarına asılılığına son qoymaq üçün ciddi-cəhdlə çalışır.

İran Məclisinin kürd deputatı Cəlal Mahmudzadə bununla bağlı deyib: Hazırda iranlı və erməni podratçıların iştirakı ilə 30 kilometr uzunluğunda İran-Ermənistan tranzit yolu tikilir və tezliklə tamamlanacaq.

Kürd deputat Cəlal Mahmudzadə İran-Ermənistan parlament dostluq qrupunun üzvlərinin Ermənistana səfərinə toxunaraq bildirib: Səfərin davamında İran Məclisinin deputatları Ermənistan-İran ortaq şirkətlərinin yerdən kənar əkinçilik, balıq yetişdirmə fermaları və siqaret fabriklərinin fəaliyyəti ilə tanış olublar.

Mahmudzadə İran nümayəndə heyətinin Ermənistanın infrastruktur naziri ilə dünənki görüşünə toxunaraq deyib: Bu görüşdə İran-Ermənistan ticarətinin inkişafı və tranzit yolunun tamamlanması və tikintisi müzakirə edilib.

Nümayəndə heyətinin Ermənistana səfərin dekabrın 24-də başa çatacağını qeyd edən Mahmudzadə bildirib: Gələcək planlarımızda Ermənistanın İranla parlament dostluq qrupunun ölkəmizə dəvət edilməsi, erməni parlamentarilərin İrana səfəri və iranlı nazirlər və iş adamları ilə görüşlər keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, İran rejimi üzdə Azərbaycana dostluq münasibəti nümayiş etdirsə də, əslində Ermənistanı hərtərəfli dəstəkləməyə davam edir. bir neçə gün öncə isə İranın fars və kürd deputatları İrəvanda qondarma Erməni soyqırımı abidəsini ziyarət etmişdilər. Halbuki, İran rejimi Güney Azərbaycanda Xocalı soyqırımını anmaq istəyən azərbaycanlılara divan tutur.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …