Cümə axşamı , Aprel 18 2024
azfa

Sayın Mikayıl Oytanın Azərbaycana qarşı erməni işğalı ilə bağlı məktubuna avstraliyalı deputatdan cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yeni Cənubi Uels ştatı parlamentinin üzvü Hyu MakDermot Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) sədri Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələri Departamentinin sədri sayın Mikayıl Oytanın sentyabrın 19-da ona ünvanladığı məktubu cavablandırıb.

Avstraliyalı deputat məktubunda Yeni Cənubi Uels ştatında yaşayan Azərbaycan və erməni icmalarının həyatı ilə bağlı məsələlərin onu ciddi şəkildə maraqlandırdığını bildirir. Qeyd edir ki, ona ünvanlanmış məktubda qaldırılan məsələləri müzakirə etmək üçün o, GADTB funksioneri, AAA rəhbəri M.Oyta ilə görüşməyə hazırdır. Belə ki, parlamentin deputatı olaraq onun əhatə etdiyi ərazidə yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş onun üçün çox maraqlıdır.

Məktubda, həmçinin AAA rəhbərliyindən deputatın ofisi ilə əlaqə saxlamaları və onlar üçün münasib vaxtda görüş təyin etmələri xahiş edilir.

Qeyd edək ki, sayın Oyta Yeni Cənubi Uels ştatı parlamentinin üzvü Hyu MakDermota məktubunda Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə geniş yer verərək, yüz illər boyu ermənilərin tarixi Azərbaycan torpaqlarını qəsb etmək üçün apardığı işğalçı siyasət barədə avstraliyalı deputata ətraflı məlumat verməyə çalışıb. Eyni zamanda, ötən əsrin 90-cı illərində keçmiş SSRİ-nin dağılması ərəfəsində ermənilərin Azərbaycan torpaqlarının işğalı istiqamətində törətdikləri qanlı cinayətlərə də məktubda geniş yer verib. Vurğulayıb ki, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağın işğalı, azərbaycanlıların yaşadıqları ərazilərdə törədilən faciələr, xüsusən Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək.

Bununla yanaşı, Avstraliyadakı azərbaycanlıların sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyətini qeyd edərək yerli siyasətçilərin birtərəfli mövqeyinin və siyasi hərəkətlərinin bunu pozmağa yönəldiyini onun diqqətinə çatdırıb. Qeyd edib ki, bu cür hərəkətlərin xüsusən məktəblərdə törədilməsi buradakı erməni şagirdlərlə azərbaycanlı və türk məktəblilər arasında xoşagəlməz hallara yol açır”.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın