Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

ABŞ kürd terrorçulara yardım etməkdə səhvini etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ kürd terrorçulara yardım etməkdə səhvini etiraf etdi.

Amerikalı ekspert Maykl Doran edib ki, tTürklər bizə illərdir PKK-nın Suriyanın şimalında muxtar bir kürd bölgəsi yaratmağı qarşısına məqsəd qoyduğunu və PKK ilə apardığımız iş birliyindən narahat olduqlarını bildirirdilər. PKK ilə işbirliyi etməklə, Türkiyə ilə münasibətlərimizi qırılma nöqtəsinə gətirdik.

Doran qeyd edib ki, PKK ilə əməkdaşlıq həm humanitar, həm də strateji baxımdan məntiqsiz idi:

“Şimali Suriyadakı dəhşətli uğursuzluğun arxasında bizim rolumuz olduğunu qəbul edək. O bölgədə PKK ilə ittifaq qurmuşuq. Oradakı YPG qüvvələri PKK terror təşkilatının nümayəndələridir”.

ABŞ rəhbərliyinin Ankaranın şikayətlərinə kifayət qədər qulaq asmadığını deyən Doran bunları söyləyib:

“Biz daim türklərə dillərini dinc qoymalarını və yerlərinə oturmalarını söylədik”.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın