Çərşənbə axşamı , Aprel 14 2026
azfa

Sayın Mikayıl Oytanın Ukraynanın Avstraliyadakı səfirinə-Ukraynaya dəstək məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan-Avstraliya Assosiyasiyası Prezidenti, GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta Ukraynanın Avstraliyadakı səfiri Vasil Myroşnıçenkoya məktub ünvanlayaraq Ukraynaya öz dəstəyini bildirib..

Sayın Mikayıl bəy Oyta Rusiyanın Ukraynaya hərbi təcavüzü və işğalçılıq siyasətini qınayaraq qəhrəman Ukrayna milləti və dövlətinə öz dəstəyini nümayiş etdirmişdir.

Mikayil bəy Oyta Putinin hərbi təcavüzünün qəbul edilməz olduğuna toxunaraq Rusiyanın türk milləti və dövlətlərinə, o cümlədən Azərbaycana da dəfələrlə hücum edib və Azərbaycanı işğal etməsini xatırladıb.

Sayın Oyta məktubunun sonunda yazmdır: “Avstraliya-Azərbaycan Assosiasiyası Putinin Ukraynaya təcavüzünü pisləyir və bu çətin zamanda Ukrayna xalqının və hökumətinin qəhrəmancasına müqaviməti ilə tam həmrəydir. Biz sizin sülh şəraitində yaşamaq və ölkənizi müdafiə etmək və Ukrayna xalqının qələbəsini görəcək milli taleyinizi təyin etmək hüquqlarınıza inanırıq. Dünya ictimaiyyətinin Ukraynadakı ədalətsizliyə və Rusiya təcavüzkarlarına qarşı durmağın vaxtıdır”.

Sayın Mikayil bəy Oytanın məktubunun ingiliscə mətnini təqdim edirik:

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …