Cümə axşamı , İyul 16 2026
azfa

Sentkom: ABŞ İran rejiminin cənubdakı hərbi mövqelərinə qarşı yeni hücum dalğası həyata keçirdi

GADTB: ABŞ Mərkəzi Komandanlığı (Sentkom) iyulun 14-ü axşam saatlarında qüvvələrinin İran İslam Respublikasına qarşı yeni hücum dalğasına başladığını açıqlayıb.

İran KİV-ləri də Əhvaz, Bəndər-Abbas və Qeşm adasında bir neçə partlayış səsinin eşidildiyini xəbər veriblər.

ABŞ Mərkəzi Komandanlığının (Sentkom) açıqlamasına görə, İran İslam Respublikası rejiminə qarşı həyata keçirilən yeni əməliyyat çərçivəsində yeddi saat davam edən hücum dalğası zamanı Hörmüz boğazı yaxınlığında və İranın sahil bölgələrində yerləşən onlarla hərbi hədəfə zərbələr endirilib. Sentkom bildirib ki, əməliyyat zamanı ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri, pilotsuz uçuş aparatları və Hərbi Dəniz Qüvvələrinin gəmiləri raket və pilotsuz uçuş aparatları bazalarını, İranın dənizdəki hərbi imkanlarını və sahil müdafiə sistemlərini hədəfə alıb. Hücumlar İran limanlarına və sahil bölgələrinə gedən və ya həmin ərazilərdən çıxan gəmilərə qarşı dəniz mühasirəsinin yenidən tətbiq olunması ilə eyni vaxta təsadüf edib.

Sentkomun bəyanatının tam mətni:

Sentkom İrana qarşı yeni hücumlar həyata keçirib

Tampa, Florida — ABŞ Mərkəzi Komandanlığı (Sentkom) ABŞ-ın şərq sahili vaxtı ilə iyulun 14-də saat 22:00-da İran İslam Respublikasına qarşı növbəti hücum dalğasını başa çatdıraraq Hörmüz boğazı yaxınlığında və İranın sahil bölgələrində yerləşən onlarla hərbi hədəfə zərbələr endirib.

Yeddi saat davam edən əməliyyat zamanı ABŞ-ın qırıcı təyyarələri, pilotsuz uçuş aparatları və Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək dəqiqlikli idarəolunan sursatlardan istifadə edərək İran İslam Respublikasının raket və pilotsuz uçuş aparatları obyektlərini, dənizdəki hərbi imkanlarını və sahil müdafiə sistemlərini vurublar. Məqsəd İran İslam Respublikasının ticarət gəmiçiliyini və mülki heyət üzvlərini təhdid etmək imkanlarını daha da zəiflətmək olub.

Bu hücumlar ABŞ qüvvələrinin həmin gün İran limanlarına və sahil bölgələrinə gedən və ya oradan çıxan gəmilərə qarşı dəniz mühasirəsini yenidən tətbiq etdiyi gün həyata keçirilib. Məlumata görə, mühasirə ABŞ-ın şərq sahili vaxtı ilə saat 16:00-dan qüvvəyə minib.

Bəyanatda vurğulanır ki, ABŞ Silahlı Qüvvələri ayıq-sayıqdır, yüksək döyüş hazırlığına malikdir və Silahlı Qüvvələrin Ali Baş Komandanının verəcəyi istənilən əmri yerinə yetirməyə hazırdır.

Həmçinin yoxlayın

ABŞ-nin hücumlarında ölənlərin sayını açıqlandı

GADTB: İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, son bir gündə …

Tramp: İran İslam Respublikası rəsmiləri 47 il ərzində hamını aldada biliblər

GADTB: ABŞ Prezidenti Donald Tramp Foks Nyus telekanalına müsahibəsində “İŞİD-i məhv etdiyiniz kimi, Sepahı da …