Bazar ertəsi , May 12 2025
azfa

Sepah-ın Naxçıvanla sərhəddə yığdığı silah-sursat və canlı qüvvənin yerləri müəyyən edildi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə,

İran ordusunun Qərbi Azərbaycan əyalətinin Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərinə yığdığı silah- sursat və əsgərlərin məkanından yeni görüntülər əldə edilib.

“SEPAHCYBERY” Telegram kanalının məlumatına görə, SEPAH rəhbərliyi Naxçıvanla dövlət sərhədi yaxınlığında hərbi təlimlər keçirməyə hazırlaşır.

İranda SEPAH-a yaxın saytlar və Telegram kanalları Naxçıvan Muxtar Respublikası sərhədi yaxınlığında yeni hərbi təlimlər keçirməyə hazırlaşdıqları barədə xəbər yayıb. Bunun üçün bölgəyə 300-dən çox hərbi texnika və tankın gətirilib.

Lakin İranın rəsmi xəbər agentliklərində  bu barədə heç bir məlumata rast gəlmək olmur. 

Xatırlatmaq yerinə düşər ki, İran son vaxtlar Azərbaycan sərhədləri yaxınlığında daha iki təlim keçirib.

İran sərhəd qoşunlarının komandanı da Azərbaycanla sərhəddəki əsgərlərini yoxlamağa daha meyilli olub.

Lakin Azərbaycan və Türkiyənin Araz çayı sahilindəki birgə peşəkar hərbi təlimindən sonra İranın bunu təkrarlamaması sağlam ağlın məhsulu olardı.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəallar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar

GADTB: İrqçi fars-molla rejimin həbs etdiyi Azərbaycan Milli Hərəkətinin iki gənc fəalı Huşəng Nağızadə və …

Molla rejimi Ərdəbildə azərbaycanlı fəal Ramin Nəcəfvəndi Kəşfiyyat Polisinə çağırılıb

GADTB: Traxtur komandasının ərdəbilli tərəfdarı Ramin Nəcəfvənd 10 may, şənbə günü Ərdəbildə Kəşfiyyat Polisinə çağırılıb …