Cümə axşamı , Aprel 25 2024
azfa

Seyid Cəfər Pişəvərinin anım günü

GADTB: 1947-ci ildə Güney Azərbaycanda Milli Hökumətin başçısı, Azərbaycan demokrat firqəsinin yaradıcısı, jurnalist Seyid Cəfər Pişəvəri müəmmalı avtomobil qəzasında Bakıya çatdırılsa da vəfat edib.

Seyid Cəfər Mircavad oğlu Pişəvəri 1892-ci il aqustun 26-da Güney Azərbaycanda, Xalxal mahalının Zeyvə kəndində dünyaya göz açıb. Seyid Cəfər Pişəvəri 5 yaşında ikən atası onu kənddə molla Miribrahimin Quran və şəriəti tədris edən mədrəsəsinə göndərir. Güclü yaddaş və tez qavrama qabiliyyəti olduğundan Seyid Cəfər qısa müddətdə Quranı bitirir və çox zaman zəif yoldaşlarına köməklik də edirmiş. Sonralar onun atası Mir Cavad ailəliklə Azərbaycan paytaxtı Bakyıa köçüb.

S.C.Pişəvəri 5 yaşında ikən atası onu kənddə molla Mir İbrahimin Quranı və Şəriəti tədris edən mədrəsəsinə verir. iti hafizəyə və tez qavrama qabiliyyətinə malik olduğundan Mir Cəfər qısa müddətdə quranı bitirir və çox zaman zəif yoldaşlarına köməklik də edirmiş. Ailəsi ilə Bakıya gəldikdən sonra S.C.Pişəvəri bir müddət Bülbülədə, sonra isə Sabunçuda təhsilini davam etdirir. Özünün hazırcavablığı və dərsdə verilmiş tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirməsi məktəbin müəllim kollektivinin diqqətini çəkir və onların razılığına səbəb olur. Atasının aldığı əməkhaqqı altı nəfərdən idarət ailəni dolandırmağa, üstəlik uşaqlar üçün pal-paltar, məktəb ləvazimatı, ev kirayəsi və s. üçün heç cür kifayət etmirdi. Bu məsələ həddi-buluğa çatmaq üzrə olan məktəbli Seyid Cəfəri valideynləri ilə bərabər narahat edirdi. Bir gün o, məktəb müdirinə ona məktəbdə hər hansı bir iş verməsini xahiş edir. Müəllim kollektivinin həmişə razılıq etdiyi və ailəsinin maddi vəziyyəti ağır olan şagirdin xahişi məktəb müdiri tərəfındən qəbul olunur. Bu haqda məktəb müdirinə yaxın olan Pişəvərinin həmyerlisi Əhmədzadə də məktəb müdirindən xahiş etmişdi. S.C.Pişəvəri oxuduğu məktəbdə əmək fəaliyyətinə başlayır. Sonralar o, “Ajir” qəzetində “Mənim həyatım” adlı xatirələrində yazır.

S.C.Pişəvərinin müəllim, jurnalist, yazıçı və siyasi xadim kimi yetişməyində və fəaliyyətində Bakıdakı ədəbi-siyasi mühitin, o dövrün mətbuatının, ədəbi və siyasi simalarının təsiri danılmazdı. S.C.Pişəvərinin yeniyetmə və gənclik illərində Bakıda çap olunan çoxlu qəzet və dərgi, o cümlədən “İrĢad”, “Həyat”, “Təkamül”, “Dəvət” “Qoç”, “YoldaŞ”, “ittifaq”, “Tərəqqi”, “Həqiqət”, “Sədaye Bakı”, “Sədaye vətən”, “Sədaye Qafqaz”, “Açıq söz”, Güney Azərbaycanda çap edilən “Fəryad”, “Şuraye İran” “Mükafat”, “Naleye millət”, “Şəms” qəzetləri, eləcə də “Molla Nəsrəddin”, “Füyuzat”, “Zənbur”, “Tuti”, “Məktəb”, İrəvanda çap olan “Leylək” və s. müxtəlif yönlü dərgilərin bir çoxunun daimi oxucusu olan S.C.Pişəvərinin ədəbi-siyasi cəhətdən formalaşmasında və inkişafında, onun jurnalistliyə və mətbuat işinə güclü həvəsin oyanmasında müstəsna rol oynamışlar. Rusiyada fevral 1917-ci il və ondan az sonra baş vermiş dövlət çevrilişləri çar Rusiyası ərazisində, o cümlədən Cənubi Qafqaz bölgəsində siyasi ab-havanı dəyişdi. V.İ.Leninin verdiyi dekretlər, Rusiyanın və şərqin müsəlman xalqlarına ünvanlanmış şirin vədlər və müraciətlər bir çox azərbaycanlı ziyalılar kimi S.C.Pişəvəriyə də təsirsiz ötüşməmişdi. Bu təsir onu maarifçiliklə demokratlıqdan kommunistliyə doğru meyilləşdirmişdi. Bu işdə S.C.Pişəvərinin yaxın münasibətdə olduğu Nəriman Nərimanovun, Süleyman Mirzə İskəndərinin, Heydər Əmoğlunun, Əsədulla Qafqazzadənin, Mir Bəğir Qasımovun, İranın nicatını və azadlığını kommunist məsləkinin qələbəsində görən digər şəxsiyyətlərin gənc Pişəvəriyə təsiri danılmazdır. Oktyabr inqilabına qədər S.C.Pişəvəri bir növ ideoloji xətt, məram axtarışında olmuşdur. O müxtəlif təşkilatlarda, cəmiyyətlərdə və dərnəklərdə iştirak edir, düşüncələrini və fikirlərini kağız üzərinə gətirir və qəzetlərdə çap etdirir. Biz bu dövrdə S.C.Pişəvərinin ilk məqaləsini Məhəmmədəmin Rəsulzadənin redaktor olduğu “Açıq söz” qəzetində çap etdirdiyini görürük. Mərkəzi Təbrizdə olan Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Demokrat firqəsinin Bakıdakı təşkilatı və onun üzvləri ilə əlaqə saxladığını S.C.Pişəvəri özü etiraf edir. 1917-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında İran Demokrat Partiyasının Azərbaycan Əyalət Komitəsi yaradılır. 1917-ci ilin aprelində partiyanın orqanı “Təcəddö” qəzeti çap olur. Arazın bu tayında olan İran təbəələri həmin təĢkilatın Bakı şöbəsini təşkil edirlər. Bu şöbə Təbrizdə yerləşən MK ilə sıx əlaqə saxlayır, onun göstəriş və tapşırıqlarını yerinə yetirir. Güneydən gələn işçi qüvvəsi və ziyalılar Xiyabani məsləkinə köklənir və bir çoxu bu məsləkin yolçusu olurlar. Sonralar S.C.Pişəvəri “Ajir”də çap etdirdiyi xatirələrdə yazırdı

1927-ci ildə Tehrana gəldikdən sonra bir müddət işsiz qalır. Sonra Tehranın “Refahi” xiyabanında yerləĢən amerikalı bir şəxsdən 600 tümənə onun kitab mağazasını alır. İki köməkçidən əlavə Əli Şərqi adlı əvvəldən yaxşı tanıdığı şəxsi özünə satıcı qəbul edir. İki il həmin kitab mağazasını işlədir. Mağazanın gəliri yetərincə olmadığı üçün 1929-cu ildə onu Mirzə Hüseyn xan adlı şəxsə satır. Həmin ilin avqust ayında (125 tümən aylıq maaşla) Tehrandakı Sovet məktəbinə müəllim qəbul olunur. O, rus dilli siniflərə riyaziyyat, tarix, coğrafiya və fars dilini tədris edir. S.C.Pişəvəri harada işləməyindən asılı olmayaraq Rza şahın xəfiyyəsi onu gözdən qoymur. Addım-baaddım onu izləyirlər, onu həbsə almaq üçün bəhanə axtarılır. Nəhayət 1929-cu ilin dekabrın son günlərində polisin əlinə belə bir bəhanə düşdü. S.C.Pişəvəri ilə vaxtilə kitab mağazasında işləyən Əli Şərqi dövlət əleyhinə siyasi fəaliyyətdə suçlanaraq həbsə alınır. Onun sənədləri arasında S.C.Pişəvəridən və doktor Salamulla Caviddən borc aldığı pulun qəbzi (çeki) tapılır. Bu S.C.Pişəvəri ilə Əli Şərqinin əlaqəsinin olduğuna “dəlil-sübut” kimi qəbul edilir. Beləcə S.C.Pişəvəri də həbsə atılır.

1947-ci il iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında Pişəvəri müəmmalı şəkildə maşın qəzasına düşmüş və həlak olmuşdur. Pişəvərinin məzarı Bakı şəhərində birinci Fəxri Xiyabandadır.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …