Çərşənbə , Sentyabr 11 2024
azfa

Seyidçiraği: İran adlanan ölkǝdǝ türklǝrǝ karşı mǝdǝni savaş

GADTB: Dünyanın gǝlişmiş ölkǝlǝrindǝ millǝtlǝrin mücadilǝsi sonucunda, Ana Dillǝr öz qutsal yerlǝrini almış, dövlǝtlǝri ölkǝlǝrindǝ yaşayan ǝn kiçik etnoslara hörmǝtlǝ yanaşıb, onlara Ana dillǝrindǝ mǝktǝb açmış.

Yazıqcasına 21 inci çağımızda millǝtimiz nazı düşüncǝli rejim tǝrǝfindǝn mǝdǝni soyqırıma mǝruz qalıb.

Bütün dünyada mǝktǝblǝrin açılması ilǝ uşaqlar sevinc yaşayırkǝn bizim uşaqlarımız göz yaşı-ilǝ mǝktǝbǝ gedirlǝr. çün ki ilk gündǝn yabançı bir dil oxulda hakim olur, bir halda ki bu uşaqlar bir kǝlǝmǝ fars dilindǝ söz bilmirlǝr.

Belǝliklǝ bir ǝsrǝ yaxın İranʼda hökm sürǝn nazı düşüncǝli rejimlǝr ǝritmǝ siyasǝti ilǝ bölgǝdǝ yaşayan qeyri fars millǝtlǝri (Azǝrbaycan Türklǝri, Türkmǝn, kürd ǝrǝb, bǝluc, vǝ başqa azğınlıqlara) mǝdǝni soy qırım yapılar.vǝ bu etnik qruplardan, öz mǝktǝblǝrini açıb, öz Ana dillǝrinʼdǝ tǝhsil alma haqını alıb, vǝ fars dilini mǝcburi olaraq bütün mǝktǝblǝrdǝ hakim ediblǝr.

Bütün qeyri fars millǝtlǝri ǝritmǝ vǝ ayaq altında qoymaq, tǝhqir etmǝk, bütün insanı haqlarını görmǝmǝzlikdǝn gǝlmǝk, fars dövlǝtinin özǝl siyasǝtdir, ki planlanmış şǝkildǝ hökumǝt tǝrǝfindǝn icra edilir.

Bu sitǝmǝ mǝruz qalan qeyri fars millǝtlǝr nazı düşüncǝli rejimlǝ amansız bir mücadilǝ aparmaqdadırlar.

şüvnist İran sisteminǝ qarşı duranlar, Tehran rejimi tǝrǝfindǝn yaxalanıb cǝza evindǝ hapse maruz qalmaqdadılar.

Yüzlǝrcǝ qeyri-fars aktiv insanlar cǝza evlǝrindǝ yatırlar.

Çünki bu insanların Ana haqları olan öz Ana dillǝrindǝ tǝhsil almaq istǝyirlǝr.

Bu kutsal, mǝdǝni, mucadilǝdǝ beynǝlxalq tǝşkilatlar millǝtimizin sǝsini eşitmǝzlikdǝn gǝlmǝyib, UNESCOʼnun kağızda üyǝsi olan İran rejiminǝ qarşı etirazların bildirib vǝ insaniyyǝtǝ, mǝdǝniyyǝtǝ qarşı olan ǝritmǝ siyasǝtini İranda yaşayan qeyri fars millǝtlǝrǝ qarşı durdursunlar.

Həmçinin yoxlayın

Molla rejimi var gücü ilə Ermənistanı dəstəkləməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Zəngəzur dəhlizi bəhanəsi ilə var …

Ermənistan yenə Naxçıvanı atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan …

Bir cavab yazın