Çərşənbə axşamı , İyul 8 2025
azfa

Sidneydə Avstraliya və Okeaniya Ölkələri üzrə Koordinasiya Şurasının təsis qurultayı keçirildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 16-da Avstraliyanın Sidney şəhərində Avstraliya və Okeaniya Ölkələri üzrə Koordinasiya Şurasının təsis qurultayı keçirilib.

Tədbirin başlanğıcında Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov və digər komitə əməkdaşlarının Avstraliyaya gəlməsini xoş gəldin deyib. Sayın Mikayil bəy Avstraliyada özlərini diaspor fəaliyyəti və bu istiqamətdə gördükləri işlər barədə məlumat verib.

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri və əməkdaşları ilə yanaşı Azərbaycanın Avstraliyada nümayəndəliyinin təmsilçisi hörmətli cənab Ramil Qurbanov və s. qonaqlar da iştirak ediblər.

Həmçinin yoxlayın

İsrailin İrana hücumunda ölənlərin sayı 1060-ı keçdi

GADTB: İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb. Bu barədə İranın …

Washington Post: “Evin zindanından İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi”

GADTB: Amerika mənbələri, o cümlədən Washington Post qəzeti Tehrandakı Evin həbsxanasının İslam Respublikasının İsrailə qarşı …