Cümə , Avqust 28 2026
azfa
Qaynar xəbər

Siyasi məhbus Siyamək Mirzaiyə rejimin təhlükəsizlik qüvvələri saxta ittihamlar irəli sürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə saxlanılan Güney Azərbaycanın Ərdəbil vilayətinin Parsabad şəhərindən olan azərbaycanlı siyasi məhbus Siyamək Mirzaiyə İran rejiminin təhlükəsizlik orqanları saxta ittihamlar irəli sürüb. Məlumata görə onlar heç bir günahı olmayan türk məhbusu “ümumi asayişi pozmaqda” və “İran adlanan ölkənin rəhbərini təhqir etməkdə” ittiham ediblər.

Fəal qanusuz və ədalətsiz həbsinə etiraz olaraq 18 gün aclıq aksiyası keçirmiş, rejimin aidiyyəti rəsmilərinə də məktubla etirazını bildirmişdir. Ona görə də rejimin təhlükəsizlik orqanları azərbaycanlı siyasi məhbusa təzyiq gpöstərmək və onu müqavimətdən çəkindirmək məqsədilə onu qorxutmuş və saxta ittihamlarla qarşı-qarşıya qoymuşlar.

Hazırda Siyamək Mirzai həmin saxta ittihamlarla Tehranın Müqəddəs 33 Nahiyəsinin Ümumi Məhkəməsinin 4-cü şöbəsində mühakimə edilərək 100 milyon tümmənlik vəsiqə də təyin edilib.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal rejimin məhkəməsi tərəfindən 14 iyul 2016-cı ildə rejimin təhlükəsizliyinə qarşı dəstələri təşkil etmək kimi saxta ittihamlarla mühakimə edilmiş, ondan sonra isə Tehran apelyasiya məhkəməsi keçirilərək 3 il həbsə və 1 il Təbəs şəhərində sürgün həyatına məhkum edilmişdir. O hazırda Tehranın Evin zindanın 8-ci bəndində həbs müddətini keçirməkdədir.

Həmçinin yoxlayın

Vaynet: İqtisadi böhran və tərəfdarlar arasındakı narazılıq İran İslam Respublikasını təzyiq altında saxlayır

GADTB: İsrailin “Vaynet” xəbər saytı yayımladığı təhlildə İran İslam Respublikasının ən mürəkkəb böhranlarından biri ilə …

Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhidin Təbriz Mərkəzi Həbsxanasının 3-cü ümumi bölməsinə köçürüldüyü bildirilir

GADTB: Azərbaycanlı milli fəal Mir Məhəmmədrza Müvəhhid hökmünün icrası üçün müraciət etdikdən sonra Təbriz Mərkəzi …

Bir cavab yazın