
GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent oktyabrın 11-də, bazar günü “Fox News” telekanalına müsahibəsində İran İslam Respublikasının iqtisadi vəziyyətini və Vaşinqtonun hərtərəfli təzyiqlərinin nəticələrini şərh edərək, hakimiyyətin dağılmaq üzrə olduğunu və sonda təslim olmaq üçün yalvaracağını vurğulayıb.
Berlin divarının qəfil süqutuna toxunan Bessent belə dəyişikliklərin necə nəticələnəcəyini heç kimin dəqiq proqnozlaşdıra bilməyəcəyini bildirib.
Bessent, həmçinin işçilərin işə çıxmamasından, pul çapının davam etdirilməsindən və hakimiyyət nümayəndələrinin beynəlxalq təcridindən danışıb.
O, Prezident Donald Trampın ən azı ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonraya qədər birbaşa hərbi qarşıdurma gözləmədiyini də bildirib.
ABŞ-ın maliyyə naziri Skott Bessent deyib: “İranda işçilər artıq işə çıxmırlar. Hakimiyyət pul çap edir.
Bu vəziyyətin necə başa çatacağını bilmirəm. Belə hadisələrin necə nəticələnəcəyini heç vaxt əvvəlcədən bilmək mümkün deyil. Berlin divarı da qəfildən, bir gündə uçdu.
Tramp ən azı aralıq seçkilərdən sonraya qədər birbaşa hərbi qarşıdurma gözləmir.
Fars dilində ‘təslim olmaq və əlləri yuxarı qaldırmaq’ ifadəsinin necə deyildiyini bilmirəm, amma onlar tezliklə təslim olmaq üçün yalvaracaqlar. Onlar dağılmaq üzrədirlər.
Əgər bu iranlılar öz ölkələrini sevirlərsə, təbrik edirəm, elə orada qala bilərlər. Artıq qohumlarını görmək üçün Londona, sevgililərini görmək üçün isə Parisə gedə bilməyəcəklər. Onlar dünyadan təcrid olunublar”.
Bessent bugünkü müsahibəsinin digər hissəsində ABŞ-ın iqtisadi təzyiqlərinin nəticələrinə toxunaraq, son aylarda təxminən 1 milyard 200 milyon barel neftin ABŞ-ın payına düşdüyünü, İran İslam Respublikasının isə heç nə əldə etmədiyini bildirib.
O, İran İslam Respublikasının artıq dənizdə, tankerlərdə daşınan heç bir neft ehtiyatının qalmadığını və hakimiyyətin mənfi pul axını ilə üzləşdiyini vurğulayıb.
ABŞ-ın maliyyə naziri iqtisadi təcrid kampaniyasının tərkib hissəsi kimi İran hakimiyyətinin dünya ilə hava əlaqələrinin kəsilməsindən də danışıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi