Bazar , Oktyabr 11 2026
azfa

Təbriz şəhərinin meri: Tehrandan vəsait gətirmək əvəzinə, Təbrizdən 4 trilyon tümən aparmaq istəyirlər!

GADTB: Təbriz şəhərinin meri Yaqub Huşyar İran İslam Respublikasının bəzi parlament üzvlərini və rəsmilərini sərt tənqid edərək bildirib ki, Təbrizdə yarımçıq qalmış layihələri başa çatdırmaq üçün Tehrandan büdcə vəsaiti gətirmək əvəzinə, 4 trilyon tümənlik xərci bələdiyyənin və şəhər sakinlərinin üzərinə qoymaq istəyirlər.

 Məsələ Şairlər məqbərəsi və Təbriz şəhər zalı layihələri ilə bağlıdır. Hər iki layihənin tamamlanması üçün 2 trilyon tümən, ümumilikdə isə 4 trilyon tümən vəsait tələb olunur. Şəhər merinin sözlərinə görə, bu vəsait dövlət büdcəsindən deyil, Təbriz bələdiyyəsinin maliyyə mənbələrindən ödənilməlidir.

Şairlər məqbərəsi layihəsinin 17 il əvvəl Mədəniyyət və İslami İrşad İdarəsi tərəfindən başladıldığını, lakin yarımçıq saxlanıldığını bildirən Huşyar qeyd edib ki, bələdiyyə indiyədək bu layihəyə 40 milyard tüməndən çox vəsait xərcləyib. Halbuki Mədəniyyət və İslami İrşad İdarəsi əvvəlki öhdəliklərini belə yerinə yetirməyib.

Yaqub Huşyar parlament üzvlərinə etiraz edərək deyib: “Təbriz üçün Tehrandan büdcə vəsaiti gətirmək əvəzinə, bələdiyyənin üzərinə 4 trilyon tümən xərc qoymaq istəyirlər. Bu isə əslində büdcə vəsaitinin Təbrizdən Tehrana aparılması deməkdir”.

Həmçinin yoxlayın

Skott Bessent: İran İslam Respublikası dağılmaq üzrədir, tezliklə təslim olmaq üçün yalvaracaqlar; Berlin divarı da bir gündə uçdu

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent oktyabrın 11-də, bazar günü “Fox News” telekanalına müsahibəsində İran …

Öngüt və Germi bölgələrinin kəndlərinə sel ziyan vurub – Video

GADTB: Güclü yağışlar nəticəsində Öngüt və Germi bölgələrində sel baş verib. Ərdəbil əyaləti Valiliyinin Böhranların …