Şənbə , Oktyabr 31 2026
azfa

Öngüt və Germi bölgələrinin kəndlərinə sel ziyan vurub – Video

GADTB: Güclü yağışlar nəticəsində Öngüt və Germi bölgələrində sel baş verib.

Ərdəbil əyaləti Valiliyinin Böhranların İdarə Edilməsi üzrə baş direktoru bildirib ki, dünən səhər saat 7-də leysan yağışları nəticəsində Öngüt və Germi rayonlarında sel baş verib. Öngüt bölgələrində Mol lalar, Zivə və ətraf kəndlərdə yaşayış evlərinə və mal-qara tövlələrinə ziyan dəyib.

Kənd sakinlərinin bir sıra mal-qarası tələf olub, kənd evlərinə ziyan dəyib. Evlərin su altında qalması nəticəsində məişət əşyaları və ev avadanlıqları da yararsız hala düşüb.

Bununla əlaqədar, zərər çəkmiş ərazilərə baxış keçirilib. Müəyyən olunub ki, infrastruktur obyektləri, körpülər və şəhərdaxili kanallar da zədələnib. Zivə şəhərində isə köhnə körpünün aşırımlarından biri dağılıb.

https://t.me/GADTB1/60016

Həmçinin yoxlayın

Körfəz Əməkdaşlıq Şurasının baş katibi: İran İslam Respublikası rejimi müharibənin tərəfi olmayan ölkələrə hücum edib

GADTB: Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Bədəvi 2026-cı il oktyabrın 31-də …

Xameneyi İran ordusuna yeni hərbi göstərişlər verdi

GADTB: Bu gün İranın ali rəhbəri Müctəba Xameneyi ilə Silahlı Qüvvələrinin yüksək rütbəli komandanları arasında …