Bazar , Dekabr 29 2024
azfa

Suriya Milli Koalisiyası: “İran iğtişaşlar və müharibə cinayətlərinə görə məsuliyyət daşıyır”

GADTB: Dünən Suriya Milli Koalisiyası bəyanat yayaraq bildirib ki, İran işğtişaşlar yaratmaqda, dinlərarası qarşıdurmaları qızışdırmaqda və Suriyada hərbi cinayətlərdə məsuliyyət daşıyır.

Koalisiya Suriyanın yeni hökumətini dəstəkləyib və İranın addımlarının Əsəd rejiminə bağlı qüvvələrin son etirazlarının əsas səbəbi olduğunu açıqlayıb.

“Beynəlxalq ictimaiyyət İranın Suriyaya müdaxiləsini dayandırmaq üçün hərəkətə keçməlidir. Suriya xalqı təhlükəsizliyi qorumaq, Əsəd rejimi və İran casusları tərəfindən sui-istifadələrin qarşısını almaq üçün əməkdaşlıq etməlidir. İnsanlığa qarşı cinayət törədənlərin mühakimə olunması Suriyanın əsas prioritetidir. Ölkənin yenidən qurulması üçün xalqın birliyi çox vacibdir”, – deyə, bəyanatda vurğulanıb. / Azad İran

Həmçinin yoxlayın

Türkiyənin nəqliyyat naziri: “Düşünürəm ki, biz təxminən dörd il ərzində “Zəngəzur dəhlizi”ni reallığa çevirəcəyik”

GADTB: Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu TV100 kanalına müsahibəsində Zəngəzur dəhlizi məsələsini bir …

Sayın Əjdər bəy Tağızadə “Azərbaycan Səsi”ndə “31 Dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …