Cümə axşamı , Dekabr 26 2024
azfa

Suriya molla rejimindən 300 milyard dollarllıq təzminat istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyanın yeni hökuməti İranı təzminat ödəməyə, hərbçilərinin və ona bağlı silahlıların Suriyadakı hərəkətləri nəticəsində bu ölkəyə dəymiş ziyanı ödəməyə məcbur etmək üçün beynəlxalq məhkəmə orqanlarına İrana qarşı şikayət verməyi planlaşdırır. İran isə cinayətkar Əsədə rəsmi şəökildə verdiyi 30 milyard dolları istəyir.

Suriyadakı yeni hakimiyyətinə yaxın mənbə bilgi verib. Mənbə İran hökuməti ilə səfirliklərin yenidən açılması ilə bağlı hər hansı əlaqəni inkar etməklə yanaşı, Dəməşq hökumətinin Tehrana qarşı beynəlxalq məhkəmələrə təqdim etmək üçün şikayət hazırladığını da bildirib.

Mənbə İran hökumətinin sözçüsü Fatimə Mohaceraninin iki ölkənin Dəməşq və Tehrandakı səfirliklərinin yenidən açılması üçün diplomatik danışıqlar aparması ilə bağlı açıqlamalarını təkzib edərək deyib: “Suriya və İranın siyasi administrasiyası arasında heç bir əlaqə yoxdur. İranın Dəməşqdə səfirliyinin açılması ilə bağlı diplomatik danışıqlar aparılmır və  yeni hökumətin gələcəkdə nə İranla əlaqə qurmaq, nə Dəməşqdə səfirlik açmaq planı yoxdur.

Həmçinin yoxlayın

Güney Azərbaycanda ən çox sevilən adlar açıqlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyalətində son 9 ay ərzində qız …

Türk düşməni olan iranşəhrilər Səttarxan teatrına hücum etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk düşməni olan iranşəhrilər Səttarxan teatrına hücum etdilər. …