
GADTB: İordaniya hava qüvvələri bazar ertəsi Suriyanın cənubuna hava zərbələri endirib, İranla əlaqəli bir narkotik fabrikini vurub.
Həmin hücumda iki ölkə sərhədindən ötürülən böyük yüklərin arxasında durduğu iddia edilən bir qaçaqmalçını zərərsizləşdirib.
İordaniyanın digər hücumunda isə Suriyanın narkobaronu kimi tanınan Marie ər-Ramzan ailəsi ilə birlikdə öldürülüb.
Narkotik ticarətini araşdıran suriyalı tədqiqatçı Rayan Maruf bildirib: “Ramzanın həm evi, həm də obyekti xarabalığa çevrildi”.
Maruf məsələ ilə tanış olan yerli mənbələrin məlumatlarını təsdiqləyərək, Xərab əl-Şəhəm bölgəsinin Dəraa qəsəbəsindəki narkotik fabrikinin “Hizbullah”dan maliyələşən qaçaqmalçılar üçün görüş yeri olduğunu bildirib.