GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyada PKK YPG və s. kürd terrorçularını dəstəkləyən ABŞ Türkiyəni də razı salmağa çalışır.
ABŞ-ın İŞİD-ə qarşı Mübarizə Qərargahının direktoru Kris Mayer bildirib ki, məqsədimiz Türkiyənin təhlükəsiz bölgə məsələsində narahatlığını aradan qaldırmaq və Demokratik Suriya Qüvvələrinin müdafiəsini təmin etməkdir.
Mayer ABŞ-la Türkiyənin təhlükəsizlik qüvvələrinin havadan və qurudan patrul fəaliyyətlərinə davam edəcəyini bildirsə də, birgə işin hansı şəkildə görüləcəyi barədə məlumat verməkdən yayınıb.