Cümə , Aprel 18 2025
azfa

Suriyada Türkmən Şurasının binasının rəsmi açılışı olub

 GADTB: Suriyanın şimalında Çobanbəy şəhərində Suriya Türkmən Şurasının binası rəsmi mərasimlə açılıb. 

Suriyanın şimalında yerləşən bu şəhər türkmənlərin kompakt yaşadığı yerdir və açılış mərasimi Suriyanın müxtəlif əyalətlərindən olan türkmənlərin, tayfaların nümayəndələri və hərbi komandirlərin iştirakı ilə keçirilib.

Açılış mərasimi Türkiyə silahlı qüvvələrinin Suriyanın şimal bölgəsini terror təhdidlərindən təmizləmək məqsədi daşıyan “Fərat Qalxanı” əməliyyatından sonra keçirilib.

Suriya Türkmən Şurasının rəhbəri Feysəl Cümə mərasimdəki çıxışında “bu binanın təkcə türkmənlərə deyil, bütün Suriya xalqına xidmət edəcəyini və Rakka, Həsəkə, Hələb və Latakiyada binaların açılışı olacağını vurğulayıb.

Həmçinin yoxlayın

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün …

Azərbaycanlı körpəyə “Sevgi” adına görə 50 gündür doğum şəhadətnaməsi verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi bundan öncə bir neçə dəfə …