Suriya İnsan Haqları Müşahidə Qrupu xəbər verib ki, Suriya prezidenti Bəşar Əsədin qardaşı Mahir Əsədin komandanlığı altında olan 4-cü diviziya İrana bağlı terrorçu qruplarından olan Hizbullahdan uzaqlaşır. Bu barədə “Əl-Ərəbiyyə” kanalı xəbər verir.
Məlumata görə, Mahir Əsədin komandanlığı altındakı diviziya ölkə ərazisindən istifadə edilərək İsrailin hədəfə alınmasının qarşısını almaq üçün bir sıra tədbirlər görüb.
Bildirilib ki, diviziya Suriyanın bölgələrində yerləşən qüvvələr tərəfindən Qolan yüksəkliklərində Amerika və ya İsrail qüvvələrinin hədəfə alınmasının qarşısının alınmasına da göstəriş verib.