Çərşənbə , İyun 18 2025
azfa

Şuşada Atatürk və Pənahəli xan küçəsi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şuşanın azad olunmasından sonra işğal dövründə ermənilərin küçələrə verdiyi qondarma adlar da dəyişdirilir. Yandex xəritədə Şuşanın küçələri arasında diqqət çəkən adlardan biri Atatürkün və Pənahəli xanın adına küçələrin olmasıdır.

Atatürkün adının verildiyi küçə işğal dövründə Aram Manukyan adlanırdı: “Vanlı Aram” kimi tanınan Manukyan 1915-ci ildə Osmanlıya qarşı ermənilərin Vanda qaldırdığı qiyama rəhbərlik edib.

Pənahəli xanın adının verildiyi küçə isə işğal dövründə ermənilər tərəfindən Qaregin Njde adlandırılıb.

Erməni terrorunun idealoji banilərindən olan, II Dünya müharibəsində nasistlərə xidmət etmiş Njdenin adı azad Şuşadan təmizlənir, Qarabağ xanı, şəhərin qurucusu Pənahəli xanın adı gətirilir.

Niyə ermənilərin Njdenin adını verdiyi küçəyə məhz Pənahəli xanın adı?

Njde XX əsrin əvvəlində Azərbaycanın tarixi yurdu Zəngəzurun işğalına rəhbərlik edib. Zəngəzur mahalını Qarabağ xanlığına birləşdirən isə Pənahəli xan idi.

Təsadüfi deyil, hər iki seçimdə – Atatürk və Pənahəli xan – incə və tarixi mesaj var:

– Osmanlıya qarşı qiyam qaldıran “Vanlı Aram” Atatürklə əvəzlənir və bununla qondarma “erməni soyqırımı” iddiasına Şuşadan cavab verilir;

– Zəngəzuru Qarabağ xanlığına birləşdirən, Şuşanı inşa edən Pənahəli xanın adı da ermənilərin Njde adlandırdığı küçəyə verilir, bununla, Zəngəzurun də Azərbaycan torpağı olduğu tarix kontekstində xatırlanır

Asif Nerimanli

Həmçinin yoxlayın

Ərdəbildə partlayışlar baş verib

GADTB: Bu gün Ərdəbil şəhərinin bəzi bölgələrində güclü partlayışların baş verdiyi bildirilib. Bəzi “Telegram” kanalları …

GADTB başqanı sayın Əjdər Tağızadənin “TV Musavat” kanalında “İranın nüvə obyektlərinə hücum: Tehran boşaldılır, Çin İrana təyyarələr göndərdi- İran ABŞ-ı vuracaq” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …