Bazar ertəsi , İyun 17 2024
azfa

Təbriz Azad Universiteti öyrənciləri zəlzələ bölgəsi ilə bağlı aksiyası keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz Azad Universiteti öyrənciləri zəlzələ bölgəsi ilə bağlı aksiyası keçirdilər.

Universitetin həyətinə toplaşan töyrəncilər əllərində dəstək və başsağlığı ifadə edən vərəqələr tutublar.

Azərbaycanlı öyrəncilər “El gücü, sel gücü”, “Vətən adına birlik yaraşır”, “Azərbaycan, başın sağ olsun” və başqa bu məzmunlu plakatlarla Xoy zəlzələsində köməksiz qalan əhaliyə dəstəyə diqqət yönəltmək istəyiblər.

Azərbaycanlı öyrəncilər həmçinin terror hücumu nəticəsində Azərbaycan səfirliyin əməkdaşının öldürülməsini də beləliklə pisləyiblər.

Qeyd edək ki, 28-29 yanvar tarixlərində Xoyda baş verən iki ardıcıl güclü zəlzələ nəticəsində isə 3 nəfər həyatını itirib, 1200-ə yaxın azərbaycanlı yaralanıb. Molla rejimi isə evsiz qalan əhaliyə yardım göstərmir. Hətta Türkiyənin və azərbaycanlı əhalinin də yardım göstərməsinə mane olur.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …