Şənbə , Oktyabr 16 2021
azfa

Təbrizdə azərbaycanlı siyasi məhbus Ruzbeh Piriyə azadlıq tələb edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 18-də Təbrizdə azərbaycanlı milli-mədəni fəallar rejim tərəfindən yaxalanan azərbaycanlı mədəni fəal Ruzbeh Piriyə dəstək aksiyası keçiriblər.

Təbrizli fəallar dentyabrın 18-də şəhərin müxtəlif məhəllələrinin divarlarında şüarlar yazaraq İran hökumətini milli fəalı sərbəst buraxmağa çağırıblar.

Onlar “Ruzbeh Pirini azad edin”, “Ruzbeh Piriyə azadlıq” və “Azərbaycan oğlu Ruzbeh Pirini azad edin” kimi şüarlar yazaraq siyasi məhbusa dəstək verib və onun azadlığını istəyiblər.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri sentyabrın 9-da Təbriz şəhərində rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanıb.

Ruzbeh Piri “Təbriz” nəşrinin məsulu olub. O, “Nəvide Etedal” öyrənci təşkilatının qurucusu və “Sultan Mehmet Fateh” kitabının tərcüməçisidir.

O, qardaşı Yaşar Piri ilə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal eyni dövrdə rejimin təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdı.

O “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə məhkəmə tərəfindən 91 gün həbsə məhkum edilmişdi.

İyul ayının 5-də həbs cəzasının müddəti bitdikdən sonra Piri sərbəst buraxılmışdır.

Həmçinin yoxlayın

İran rejiminin həbs etdiyi azərbaycanlı jurnalistlərdən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Güney Azərbaycanın Kəleybər …

Zəncandan Təbrizə Azərbaycan uğrunda anlamlı dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində bir qrup azərbaycanlı milli …