Cümə axşamı , Mart 28 2024
azfa

Təbrizdə azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə aksiyalar davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı siyasi məhbusların azadlığı və onların həyatına olan təhlükəni dünya ictimaiyyətinə çatdırmaq məqsədilə keçirilən müxtəlif aksiyalar davam edir.

Dekabrın 14-də bir qrup azərbaycanlı fəal Təbriz şəhərində azərbaycanlı siyasi məhbuslar, o cümlədən Abbas Lisaninin həyatına olan təhlükə ilə bağlı sərbəst buraxılmasını tələbilə üzərində ingiliscə  edib və bu istiqamətdə “Azərbaycanlı siyasi məhbusların canı təhlükədədir” (The lives of Azerbaijani political prisoners are in danger) yazılmış plakat asıblar.

Koronavirusun zindanlarda, xüsusilə Ərdəbil zindanın yayılması və azərbaycanlı siyasi məhbusları, o cümlədən Abbas Lisaninin həyatını təhlükəyə salmasına baxmayaraq, rejimin onların müalicəsinə şərait yaratmaması Güney Azərbaycanda bu istiqamətdə etirazlara səbəb olub. Ona görə də son günlər Güney Azərbaycan şəhərlərinin əksərində milli-mədəni fəallar plakard, broşura, qrafit, divarlara yazılmış şüarlarla azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər.

Hgazırda azərbaycanlı siyasi məhbuslar Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Əli Vasiqi, Rza Vasiqi, Yusif Kari və s. məhbuslar rejimin zindanında qalmaqdadır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın