Təbrizdə divarlara ingiliscə “Güney Azərbaycan İran deyil” şüarı yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində oktyabrın 24-də bir qrup azərbaycanlı milli fəallar Güney Azərbaycanın İran olmamasına bir daha təkid etmək məqsədilə divarlara müxtəlif şuarlar yazıblar.

Azərbaycanlı fəalların ingilis dilində çəkdiyi “South Azerbaijan is not İran” (Güney Azərbaycan İran deyil) qrafitləri Təbrizin küçə divarları, dayanacaq və reklam lövhələrinin üzərini bəzəməkdədir.

Azərbaycanlı fəalların bu etirazı həm də İranın Antiazərbaycan siyasətinin kəskinləşməsinə, eyni zamanda Rəisinin Azərbaycana qarşı düşmən mövqeyin\ə etiraz olaraq dəyərləndirilə bilər.  

Azərbaycanlı fəalların tez-tez yazdıqları “Güney Azərbaycan İran deyil” şuarı həm də milli oyanışın son nöqtəsi və Azərbaycanın yolunun İrandan ayrı olduğunu təsvir etməkdədir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Aərbaycanın azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

GADTB: Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər …