Təbrizdə iki nəfəri girov götürən silahlı şəxslər polis qüvvələri tərəfindən həbs edildi

GADTB: Bu barədə Şərqi Azərbaycan əyalətinin polis komandanlığının rəisi Əli Məhəmmədi açıqlama verib.

Onun sözlərinə görə, günorta saatlarında keçirilən əməliyyat nəticəsində iki girov azad edilib, girov götürən 3 nəfər isə saxlanılıb.

Məhəmmədi həbs edilən şəxslərdən odlu silahlar aşkarlanaraq götürüldüyünü bildirib.

Girov götürən və götürülənlərin kimliyi və hadisənin səbəbləri barədə əlavə açıqlama verilməyib.

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi Fərid Səfərlini casusluqda ittiham edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda itkin düşən Almaniyanın Yena Universitetinin 27 yaşlı …

Molla rejimin Azərbaycana qarşı fitnəkarlığı; İraq Kürdüstanının valiləri Urmuda İranın Daxili İşlər naziri ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Azərbaycana qarşı fitnəkarlığı və düşmənçiliyi …