Təbrizdə təqaüdçülər yenidən etiraz aksiyası keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbrizdə təqaüdçülər yenidən etiraz aksiyası keçirib.

Aprelin 24-də təqaüdçülər yenidən etiraz aksiyası keçirməklə, bundan öncə uzun müddətdir irəli sürdükləri istəklərinin yerinə yetirilmədiyini bildiriblər.

Etirazçılar Təbrizdə Şərqi Azərbaycan Sosial Rifah İdarəsinin qarşısına toplaşmaqla “Nə məclis, nə dövlət xalqı düşünmür” və s. şüarlar səsləndirib, İran dövlətinə öz etirazlarını bildiriblər.

Təqaüdçülər əmək haqqı və təqaüdlərin aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib, inflyasiya ilə onların təqaüdlərinin uyğun olmadığını deyiblər.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …