İranın Azərbaycana qarşı iftira və hörmətsizliyi davam edir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın mötəbər qəzetində “Qarabağda illüziya tədbiri: “Şuşidə” İran müxalifətinin iştirakı ilə Dünya Azərbaycanlılarının Qurultayı keçirilib” başlıqlı yazı dərc edilib.

Vəhid Kərimi “sharghdaily” qəzetində yazır: “Hər beş ildən bir keçirilən Dünya Azərbaycanlılarının Konqresi bu il Azərbaycan Prezidenti İlham Əliyevin, onun müavininin və “Badkubə Respublikasının” dövlət rəsmilərinin iştirakı ilə Qarabağın Şuşi şəhərində təşkil edilib. Qurultayın ən mühüm məqamlarından biri də Azərbaycanın Türkiyəyə yerləşmiş iranlı separatçıları tədbirə dəvət etməsi olub”.

“Sosial şəbəkələrdə Azərbaycan Prezidentinin köməkçisinin həmin insanlarla çəkdirdiyi mehriban şəkillər kiçik qonşu ölkənin niyə Ərdoğanın pənah verdiyi pantürkçüləri dəstəkləməsi ilə bağlı tənqidlərlə müşayiət olunub. İran əleyhinə bəyanatlar vermək, İranın ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı çıxanları dəvət etmək tarixçəsi ilə zəngin olan qurultay dəfələrlə İranın reaksiyası ilə üzləşib, lakin bu reaksiyalar dərs çıxarmaq üçün kifayət etməyib”,- deyə, yazıda iddia olunur.

Təxribat dolu yazının davamında müəllif qeyd edir: “Şuşi” qurultayına separatçıların qatılması və “Bakı” rəsmilərinin onlara xoş üz göstərməsi Ərdoğanın isti qucağından və İlham Əliyevin Böyük İran sərhədləri xaricində separatçı pantürkçülərə kölgə salmasından qaynaqlanan təhlükəsizlik xəbərdarlığından xəbər verir, hansı ki, bu xəbərdarlıq ciddiyə alınmazsa və lazımi cavab verilməzsə, təkrarlana bilər: Necə ki, İran hökumətinin 2008-ci ildə keçirilən sözügedən qurultaya qarşı sərt reaksiyası sonrakı illərdə separatçıların həmin tədbirə dəvət olunmaması ilə nəticələndi.

Sitat: “Azərbaycanın bu il belə davranışa necə cürət etməsi çox düşündürücüdür: xüsusən ona görə ki, İran öz qonşularına, o cümlədən “vətəndən qoparılmış bu parçasına” (İran-red.) münasibətdə yaxşı rəftar edib və indi də edir. İranın bu ölkəyə dəstəyi az olmayıb, hansı ki, həmin dəstək olmasaydı, bu gün  Azərbaycanın və hətta Təbrizşünaslara dəstək verən Ərdoğanın belə, indi başlarına nə gələcəyi məlum olmazdı”.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …