Təbrizdə TIR sürücüləri etiraza aksiyası keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən yanvarın 9-da Təbrizin TIR sürücüləri etiraz aksiyası keçiriblər. Sürücülər əmək haqlarının ödənilməməsinə etiraz ediblər.

24 saat boyunca Şərqi Azərbaycan Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin binası qarşısında toplaşan sürücülər bildirib ki, Təbrizin İranxodro Avtomobil Zavodu minik avtomobillərinin daşınması işini podratçı şirkətlərə tapışırıb və şirkətlər sürücülərlə müqavilə bağlayıblar. Podratçı şirkət isə onlara ödənilməli olan əmək haqqının 40%-nı heç bir əsas olmadan kəsib, qalan 60% məbləın yalnız 40%-ni ödəyib. 20%-nın isə 8 ay sonra ödəyəcəyini bildirib. Bu isə haqlı olaraq sürücülərin narazılığına səbəb olub.

Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsi qarşısına bir həftədir toplaşan sürücülərin aksiyasına həmin idarənin rəisi Orucəli Əlizadə yanvarın 9-da münasibət bildirib və sürücülərin əmək haqlarının ödənilməsi üçün qarşıdakı həftə ərzində tədbirlər görəcəklərini bildirib.

Həmçinin yoxlayın

Bu gün Güney Azərbaycanda May Qiyamının ildönümüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanda May qiyamında 16 il …

İran rejimi Təbrizdə aşkarlanan qədim tarixi abidələri dağıdır-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Təbrizin Rastaküçə bölgəsində aşkarlanan qədim tarixi …