GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin Payame Nur Universitetində İranın irqçilik simvolları quraşdırılıb.
Universitet rəhbərliyinin öyrəncilərin milli-mədəni tələbləri qarşısında maneələr törətməsi, eləcə də lazımı məsələlərə budcə azlığı bəhanəsi ilə heç bir vəsait ayrılmaması bəs deyil, indi isə Universitetin büdcəsini fars irqçiliyinin simvollarının Universitetdə quraşdırılmasına xərcləyib.
İran rejiminin irqçi müəllim və məsulları həmin universitetə işə götürməsi nəticəsində azərbaycanlı öyrəncilərin mədəni fəaliyyətlərinin də qarşısı alınıb. Həmçinin irqçi fars rejim bu vasitə ilə azərbaycanlı öyrəncilərə qarşı təzyiqi artırıb, fars mədəniyyətini Azərbaycanda yaymağa çalışır. Lakin rejimin bu irqçi hərəkəti haqlı olaraq azərbaycanlı öyrəncilərin etirazı ilə qarşılaşmışdır.