İrqçi fars rejiminin amilləri Təbriz adının təhrif edilmiş formasında yollara tablolar asması əhalinin ciddi narazılığına səbəb olub. Məlumata görə, Təbriz İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Turizm” və “Trafik” təşkilatlarının martın 11-də şəhərin Əhər-Təbriz yolu istiqamətində quraşdırdığı tablolardan birində Azərbaycanın qədim paytaxtı sayılan Təbrizin adı saxtalaşdırılaraq “Tavrij” kimi təqdim edilib. Belə ki, üç hissədən ibarət olan tablonun ortasındakı narıncı hissədə “Bowling Təbriz” ifadəsindəki “Təbriz” sözü təhrif edilərək, “Bowling Tavrij” kimi yazılıb.
Təbrizdə, şəhərin adının saxtalaşdırılaraq “Tavrij” kimi bir tabloda yazılması, azərbaycanlı fəalların sərt reaksiyası ilə qarşılanıb.
Azərbaycanlı milli-mədəni fəallar, həmin tabloda yazılmış “Tavrij” sözünü qaralamaqla, şəhər İcra Hakimiyyətinə bağlı qurumların bu özbaşınalığına etiraz bildiriblər. Həmçinin, azərbaycanlı İnternet istifadəçiləri sosial şəbəkələrdə “Təbriz Kürdüstan olmaz, Təbriz əbədi Təbriz olaraq qalacaq və Tavrij saxta bir sözdür” haştaqları yaradaraq, irqçi fars rejimin bu saxtakarlığına və onların Azərbaycanın milli varlığına qarşı öz iyrənc niyyətlərini həyata keçirilməsinə etirazlarını bildiriblər.