Çərşənbə axşamı , Yanvar 14 2025
azfa

Təbriz divarlarında Azərbaycan millətinin əsas şüarları: “Azadlıq, ədalət, Milli Hökumət”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən iyunun 20-i axşam saatlarında Təbrizdə bir qrup azərbaycanlı milli mədəni fəal Azərbaycan Türk Millətinin əsas şüarları olan “Azadlıq, ədalət, Milli Hökumət” şüarı və azərbaycanlı siyasi məhbusların şəkli əks olunduğu posterlər hazırlayıb, şəhərin divarlarına yapışdırmaqla azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər.

8 nəfər azərbaycanlı siyasi məhbusun şəkilləri əsk olunan posterlərdə azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə “Güney Azərbaycanın siyasi məhbuslarına azadlıq” şüarı və  Azərbaycan Türk Millətinin əsas şüarları olan “Azadlıq, ədalət, Milli Hökumət” şüarı yazılıb.

Qeyd edək ki, “Azadlıq, ədalət, Milli Hökumət” şüarı Azərbaycan Türk Millətinin əsas şüarı və tələbi kimi son dövrlərin etirazlarında da səsləndirilir. İşğal və ayrıseçkiliklə qarşılaşan Azərbaycan Türk Milləti azadlığın təkcə yolunun müstəqillik olduğunu bildirirlər.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması Ter-Petrosyanın çıxışı ilə bağlı bəyanat yayıb

GADTB: Son günlərdə mətbuatda Levon Ter-Petrosyanın hakimiyyətdə olduğu 1993-cü ildə Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi …

İran rəsmiləri bir neçə dəfə Rusiyaya gizli səfər edib

GADTB: Əli Xameneinin müşaviri Əli Laricani də daxil olmaqla İran rəsmiləri son vaxtlar İran hökumətinin …