Şənbə , Oktyabr 17 2026
azfa

Təbriz Universitetində ana dili ilə bağlı tədbir keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin Azad Universitetində azərbaycanlı öyrəncilər ana dili ilə bağlı tədbir keçiriblər.

Universitetdə bir qrup azərbaycanlı öyrənci Universitetin öyrənci və müəllimləri arasında kitab və infoqrafika paylayaraq Beynəlxalq Ana Dili Gününü qeyd ediblər.

Azərbaycanlı öyrəncilərin payladıqları İnfoqrafiyalarda fikir adamları və alimlərin müxtəlif ölkələrdə çox dillik barədə dedikləri fikirlər qeyd edilib və başqa dillərə laqeydliyin ziyanları barədə yazılıb.

Qeyd edək ki, hər il fevralın 21-də Beynəlxalq Ana Dili Günü münasibətilə əlaqədar müxtəlif mərasimlər keçirilıib və uaşaqlara azərbaycanlı fəallar tərəfindən türk dilində çap edilmiş kitablar paylayırlar.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …