GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin terrorçu Sepah Təşkilatı Təbriz-Vərziğan yolunda qazıntılarda tapılan tarixi əşyaları taladı.
Məlumata görə Sərəndə ətrafında dağın yaxınında Vərziğana 25 km qalmış yolun qazıntısı zamanı müxtəlif tarixi abidə qalıqları aşkarlanıb. Lakin rejimin terrorçu Sepah Təşkilatı mətbuata xəbər vermədən tarixi əşyaları talayıb və yalnız bir neçə saxsı qırıntısını Mədəni İrs Təşkilatına verib.
Beləliklə, Azərbaycan milləti irqçi fars rejim tərəfindən müstəmləkə edildiyi üçün bütün varlığı, o cümlədən tarixi əsərləri talanır.