Cümə , Oktyabr 16 2026
azfa

Təbrizdə aksiya: “Urmu gölü dolmalıdı: ya qan ilə, ya su ilə”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə Urmiya gölü ilə bağlı posterlər yayılıb. Azərbaycanlı milli-mədəni fəallar gölün qurudulması ilə bağlı irqçi fars-molla rejiminə xəbərdsarlıq edərək, gölün bərpasından başqa yol olmadığını qeyd ediblər.

Urmu gölünün fotosu olan posterlərin üzərində gölün acınacaqlı durumunu əks etdirən qısa məlumatlar yazılıb.

Bununla yanaşı, azərbaycanlıların gölün xilas edilməsi üçün ayağa qalxmaları istənilib.

Posterlərdə “Urmu gölü dolmalıdı: ya qan ilə,  ya su ilə” kimi xəbərdarlıq mesajları əks olunub.

Qey Qeyd edək ki, son günlər Təbriz, Ərdəbil, Urmiya, Xoy, Sulduz, Xiyav və başqa şəhərlərdə ekologiya və milli-mədəni  sahədə çalışan fəallar yazılı vərəqələr, posterlər yayaraq problemin diqqətdə saxlanılmasına çalışırlar.

Molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.

Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir. Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar. Faşist-fars molla rejimi isə Urmiya gölünə tökülən çayların üzərində tikilən və gölün qurumasının əsas səbəbi olan bəndlərin fəaliyyətini dayandırmır.

Həmçinin yoxlayın

Vaşinqton İslam Respublikasının neft maliyyə şəbəkəsinə yeni dağıdıcı zərbə vurdu: banklar, valyuta mübadiləsi şirkətləri və s. sanksiya tətbiq edildi

GADTB: ABŞ Maliyyə Nazirliyi yeni sanksiyalar mərhələsində İslam Respublikasının neft gəlirlərinin köçürülməsində iştirak etməkdə ittiham …

Tramp İrana yenidən hücum ehtimalından danışdı, lakin quru qoşunlarının göndərilməsini istisna etdi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə, xüsusilə Nətənz yaxınlığındakı yeraltı “Kuh Koləng Qəzla” …