Cümə axşamı , Oktyabr 15 2026
azfa

Təbrizdə Azərbaycan bayrağı qaldırılıb şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə Azərbaycan bayrağı qaldırılıb divarlara şüarlar yazılıb.

Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Təbrizdə şəhərin bir neçə yerində divarlara şüarlar həkk ediblər.

Divarlara  etiraz tədbirləri zamanı cəmiyyəti narahat edən bir sıra məsələlərə toxunublar:

Onlar “Urmu gölünün qurudulması, Azərbaycan uşaqlarının ölümü demək”, “Yaşasın Azərbaycan”, “Türkcə yaza bilməzsən dedilər, bizdə mədərsəni divarlara daşıdıq”, “Azadlıq. Ədalət, Milli Hökumət” və s. şüarlar yazmaqla milli tələblərini ifadə ediblər.

Azərbaycanlı fəallar həmçinin Azərbaycan bayrağını Təbrizdə bir neçə yerdə dalğalandırıblar.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …