GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalları şüar yazmaqla və s. hərəkətlərlə Azərbaycan Milli Hərəkatının məhbuslarına dəstək olmağa çalışırlar.
Bir neçə gün əvvəl Təbrizdə molla rejimin ETTELAAT İdarəsi tərəfindən oğurlanaraq döyülən Azərbaycan Milli Hərəkatının fəalları Cavid Nəzmi və Vahid Əbhərinin adları yazılmaqla azərbaycanlı fəallar onların azadlığa buraxılmasını tələb ediblər.
Azərbaycanlı fəallar bu məqsədlə Təbrizdə divarlara #Cavid_Nəzmi, #Vahid_Abhari və #Azadlıq_Ədalət_Milli_Hökumət yazıblar.
Video: