Şənbə , Sentyabr 19 2026
azfa

Netaniyahu: İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağam

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, 2017. / AFP PHOTO / POOL / RONEN ZVULUN

GADTB: İsrailin baş naziri Benyamin Netaniyahu deyib ki, mən İran rejiminin nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlimdən gələni etməyə qərarlıyam. Mənim üçün bu təhlükənin aradan qaldırılması İsrailin gələcəyini təmin etmək üçün ən mühüm vəzifədir.

“Şimalda atəşkəsin əldə olunmasının səbəblərindən biri də diqqəti İran rejiminin təhdidinə yönəltməkdir və bu barədə daha çox açıqlama vermək istəmirəm. Biz Yaxın Şərqin simasını dəyişirik”,- o bildirib.

Qeyd edək ki, dünən İsraillə Livan (Hizbullah) arasında atəşkəs razılaşması əldə olunub. Razılaşma bugündən qüvvəyə minib.

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …